Baydendən Ərdoğana DƏVƏT

ABŞ Prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.
Bayden Ərdoğanı 22-23 aprel tarixlərində keçiriləcək virtual iqlim zirvəsinə dəvət edib.
ABŞ Prezidenti həmçinin koronavirus pandemiyasından zərər görən ailələrin, vətəndaşların, bütün türk xalqının kədərini paylaşdığını bildirib.
Qeyd edək ki, dünyanın 40 ölkəsinin liderləri siyahısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla yanaşı Kanadanın Baş naziri Castin Tryudo, Çin lideri Si Tsinpin, Aİ Şurasının prezidenti Çarlz Mişel, Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, Rusiyanın dövlət başçısı Vladimir Putin, Britaniyanın Baş naziri Boris Conson, habelə digər dövlət və hökumət rəhbərlərinin adları var.
Vaşinqtonun təşkil etdiyi forum canlı yayımlanacaq və iqlim dəyişikliyinə qarşı daha fəal tədbirlərin təxirə salınmazlığını və iqtisadi üstünlüklərini vurğulayacaq.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png