Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, bu addımlar Azərbaycan ilə birlikdə koordinasiya olunacaq: “Hazırda çox önəmli fürsət yaranıb, bunu qaçırmaq olmaz. Nəqliyyat, enerji layihələri, sərhədlərin açılması daxil olmaqla, müsbət gündəm mövcuddur. Bu müsbət gündəmə töhfə verməyə Türkiyə olaraq davam edəcəyik. Atəşkəsin daimi olmasını diləyirik. Bu mövzuda Ermənistanın da cəsarətləndirilməsi lazımdır”.