Azərbaycanda vaksinasiya pulsuz olacaq

Azərbaycana alınıb gətiriləcək vaksinlər təhlükəsizilik göstəricilərinə 100 faiz cavab verəcək.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Səhiyyə nazirinin müavini Viktor Qasımov deyib.
Onun sözlərinə görə, vaksinlərin ölkəyə gətirilməsi zamanı “Soyuq zəncir” prinsipinə əməl ediləcək. Eyni zamanda, tibbi personalın vaksinasiyasının aparılmasına hazırlığı da təmin ediləcək.
O həmçinin qeyd edib ki, ölkəmizdə vaksinasiya pulsuz həyata keçiriləcək: "Risk qrupları müəyyən edilib. İlk olaraq onlar üzərinə vaksinasiya aparılacaq. Növbəti mərhələdə daha çox insan vaksinasiya ediləcək. Nə qədər çox insan vaksinasiya olarsa, kütləvi immunitetimiz bir o qədər də möhkəm olar”.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png