Koronavirusla bağlı ŞAD XƏBƏR ELAN OLUNDU: 24 saat ərzində YOX EDƏCƏK

Elm dünyasını həyəcanlandıran hadisə qeydə alınıb.
Koronavirusu 24 saat ərzində məhv edən dərman tapılıb.
“MK-4482/EIDD-2801” və ya “Molnupiravir” adlı dərmanın virusun orqanizmdə çoxalma mərhələsində qarşısını aldığı aşkarlanıb.
“Nature Microbiology” dərgisində yayımlanan araşdırmaya görə, ABŞ-ın Corciya Universitetinin araşdırma komandası əvvəlcə bu dərmanın qrip virusuna qarşı güclü mübarizə apardığını kəşf edib. Daha sonra sınaqlar COVID-19 xəstələri üzərində aparılıb.
Universitetin üzvü Riçard Plemper preparatı SARS-CoV-2-nin yoluxmasını sürətlə dayandıran, ağız yolu ilə qəbul edilən mövcud dərmanın ilk nümunəsi adlandırıb. O, dərmanın pandemiyanın istiqamətini dəyişdirmək qabiliyyətində olduğunu bildirib.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png