Suyu çox içmək də ziyandır

Su dərini hamar edir və qocalmanın qarşısını alır, həzm prosesini sürətləndirir, orqanizmi toksinlərdən azad edir. Orqanların funksiyalarını düzgün yerinə yetirməsi üçün su çox vacibdir. Ancaq hər şeydə olduğu kimi burada da ölçünü bilmək lazımdır. Dahi şair Nizami Gəncəvi də əbəs yerə "Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da" deməmişdir.

Çox su içmək qanda natrium səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bu mineral hüceyrələrin içərisində və xaricində maye arasındakı tarazlığı qoruyur. Natrium konsentrasiyası normadan aşağı düşdükdə su xaricə doğru hərəkət edir və hüceyrələrin şişməsinə səbəb olur. Bu, baş ağrısı və ürək bulanmaya, nadir hallarda isə beyin ödəmi və komaya səbəb ola bilər. Bu hal həddindən artıq nəmlənmə və ya su zəhərlənməsi adlanır.
Bununla belə, bədəniniz də kifayət qədər ağıllıdır. O həddindən çox maye olduğunu hiss etdikdə onu çıxarmağa başlayacaq.
Bəs gündəlik nə qədər su içmək lazımdır?
ABŞ Milli Elmlər, Mühəndislik və Tibb Akademiyası müəyyən etmişdir ki, adekvat gündəlik maye qəbulu kişilər üçün gündə təxminən 3,7 litr, qadınlar üçün isə 2,7 litrdir. Buraya su ilə yanaşı, digər içkilər və qidalardan qaynaqlanan maye də daxildir.
Kifayət qədər su içdiyinizi aşağıdakı amillərlə müəyyən edə bilərsiniz.
Nadir hallarda susuzluq hiss etmək
Sidiyin rəngsiz və ya açıq sarı tonda olması

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png