Bu barədə Bukinqem Sarayının rəsmisi məlumat yayıb.
“Bu qərar diqqətlə nəzərdən keçirildikdən sonra verilmiş şəxsi qərar idi və ehtiyatlı yanaşmanı əks etdirir”, - açıqlamada qeyd edilib.
Miladda hansı ailə üzvlərinin kraliçanı ziyarət edəcəyi açıqlanmasa da, bütün lazımi COVID-19 tədbirlərinin alınacağı bildirilib.
Milad naharını ləğv edən kraliça pandemiya səbəbiylə keçən il Milad səyahətini də təşkil etməmişdi.