Koronavirusa görə yeni il bayramı ləğv edildi

Koronavirusa görə yeni il bayramı ləğv edildi İngiltərə kraliçası II Yelizaveta ölkədə sürətlə yayılan "Omikron" variantı səbəbindən Sandrinqemdə ənənəvi Milad bayramını ləğv edib.
Bu barədə Bukinqem Sarayının rəsmisi məlumat yayıb.
“Bu qərar diqqətlə nəzərdən keçirildikdən sonra verilmiş şəxsi qərar idi və ehtiyatlı yanaşmanı əks etdirir”, - açıqlamada qeyd edilib.
Miladda hansı ailə üzvlərinin kraliçanı ziyarət edəcəyi açıqlanmasa da, bütün lazımi COVID-19 tədbirlərinin alınacağı bildirilib.
Milad naharını ləğv edən kraliça pandemiya səbəbiylə keçən il Milad səyahətini də təşkil etməmişdi.

Geri qayıt