Artıq uşaqlar üçün də məcburidir - BU ÖLKƏDƏN İLK

Kosta-Rikada COVID-19 peyvəndi uşaqlar üçün məcburi edilib.
Ölkənin səhiyyə rəsmiləri koronavirus peyvəndinin qanunla uşaqlar üçün məcburi olan digər vacib vaksinlər siyahısına əlavə ediləcəyini açıqlayıb.
Kosta-Rika bu addımı ilə dünyada uşaqlar üçün koronavirus peyvəndini məcburi edən ilk ölkə olub.
Kosta-Rika administrasiyasının ABŞ-ın əczaçılıq nəhəngi "Pfizer" ilə 2022-ci ilin mart ayından etibarən 12 yaşdan kiçik bütün uşaqların peyvəndlənməsinə başlamaq üçün imzaladığı müqavilə çərçivəsində yaxın günlərdə ölkəyə 3,5 milyon doza peyvənd gətiriləcək. Bildirilib ki, bu vaksinlərin 1,5 milyonu 5-11 yaş qrupu, qalan dozalar isə yaşlılar və immuniteti zəif olanlar üçün üçüncü doza kimi istifadə olunacaq.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png