Filippində yanğın zamanı 150 min doza vaksin məhv oldu

Filippində yanğın zamanı koronavirusa qarşı vaksinlərin 148,6 mindən çox dozası məhv olub.Yanğın Cənubi Zamboanqa əyalətində inzibati binaların birində baş verib. 
Məhv olan vaksinlər müxtəlif istehsalçılara məxsus olub. Yanğının hansı səbəbdən baş verdiyi qeyd olunmayıb. 
Filippinin rəsmi qurumlarının verdiyi məlumata görə, yanğın zamanı 9 176 doza “AstraZeneca”, 14 400 doza “Moderna”, 36 164 doza “Sinovac” və 88 938 doza “Pfizer” vaksini məhv olub. 
Filippində “Moderna” vaksini 12 yaşdan 17 yaşa qədər uşaqlar üçün nəzərdə tutulub və ölkə noyabrın 3-ü sözügedən yaş qrupuna aid olan uşaqları koronavirusa qarşı peyvənd etməyə başlayacaq.
Qeyd edək ki, Filippində pandemiya başlayandan bu günə qədər 2,79 milyondan çox insan koronavirusa yoluxub, 43,2 min nəfər dünyasını dəyişib. Ölkədə 27,3 milyondan çox vətəndaş tam vaksin olunub.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png