Simptomları bənzər olan qrip və Covid-19-u ayırd etmək heç də asan deyil. Ona görə də bir az öskürən, hərarətimiz qalxan kimi, ağlımıza bu sual gəlir: Covid-19-am, yoxsa qrip? Bunun üçün ancaq test verərək rahatlaya bilərsiniz.
Amma soyuq havada immuniteti qaldırmaq öz əlimizdədir. Soyuqdəymədən uzaq olmaq üçün mütləq qidalanmağa diqqət edilməlidir.
Çalışın tərkibində A, B12, B6, C, D və E vitaminləri olan qidalar yeyin. Bunları dərman kimi də qəbul edə bilərsiniz. Ən çox kivi, nar, qırmızı meyvələr, mandalin, portağal kimi meyvələr yeyin.
Hər gün tərəvəzlərdən ibarət yeməklər hazırlayın. Məsələn, payızda ispanaq, brokolli, kərəviz, soğan, sarımsaq immunitetinizi qaldıracaq.
Soğan və sarımsaq antibiotik özəlliyə sahibdir. Orqanizmin infeksiyaya qarşı mübarizəsini artırır. Qatıq, süd də payızda qida rasionunuza daxil edilməlidir.
Zəncəfilli çay içməyi unutmayın. İçərisinə bal əlavə etsəniz daha yaxşı olar.