Yatmazdan əvvəl bu qidaları yeyin

Günə gümrah başlamaq üçün yuxu ən vacib faktorlardan biridir. Yuxusuz qalmaq iş keyfiyyətini aşağı salmaqla yanaşı bəzi sağlamlıq problemlərinə də səbəb olur.
Dərin yuxu üçün lazım olan  qidaları təqdim edir: 
Banan
Zəngin kalium və maqnezium tərkibi sayəsində əzələləri boşaldır və rahat yuxuya getməyinizə kömək edir. Ertəsi gün bədəni daha da canlı edir.
Kahı
Torpağın tərkibində olan demək olar ki, bütün mineral və vitaminləri ehtiva edən kahı sümük, göz və beyin sağlamlığı üçün faydalıdır. Yatmazdan əvvəl limon sıxaraq istehlak edildikdə qan axını balanslaşdırır və bədənin rahatlamasına kömək edir. Beləliklə daha rahat yuxuya getməyinizə yardımçı olur.
Brokoli
Yaşıl tərəvəzlərdə olan minerallar əzələləri və sinirləri rahatlaşdırmağa kömək edir. Beynin sağlam bir yuxuya sahib olması və ertəsi gün daha güclü oyanması üçün yatmazdan əvvəl brokoli yemək faydalıdır.
Bal
Rahat bir yuxu üçün faydalı qidalardan biri də baldır. Tərkibində olan oreksin maddəsi beyində hipotalamus hormonunun sağlam işləməsini təmin edir. Beləliklə, hormon bədən istiliyini və təzyiqi balanslaşdıraraq bədəni sağlam bir yuxu mühitinə hazırlayır.
Melisa çayı
Bu çaydan gündə iki stəkan içmək həzmi asanlaşdırır. Ayrıca hormonları balanslaşdıran çay, tərkibindəki vitaminlər sayəsində bədəni sakitləşdirir və baş ağrısını azaldaraq bədənin rahat yuxuya getməsinə kömək edir.
Çobanyastığı çayı
Fasiləsiz yuxu üçün yatmazdan əvvəl bir stəkan çobanyastığı çayı içmək kifayətdir.
Qatıq
Az yağlı qatıq tərkibindəki triptofan sayəsində beyindəki melatonin hormonunu artıraraq bədənin fasiləsiz yatmasına imkan verir.
Süd
Təbiətdə ən çox laktozaya malik olan qida süddür. Bu da bədənin rahat bir yuxuya getməsinə kömək edir. Gecə yatmazdan əvvəl bir stəkan südlə fıstıq əzməsi istehlak etmək gecə rahat yuxunu təmin edir və bədənin müqavimətini artırır.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png