İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir.
İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperaturu artır. Bu da beyində problem yarada bilər.
İsti havada ən çox 65 yaşdan yuxarı şəxslər, 4 yaşından kiçik uşaqlar, hamilələr, açıq havada çalışanlar, şəkər, ürək-damar, beyin xəstəlikləri olanlar, daim dərman içənlər əziyyət çəkir.
Bunun üçün isti havada bunlara diqqət edin:
Saat 10:00-dan 16:00-a kimi məcbur olmadıqca küçəyə çıxmayın. Çox hərəkət etməyin. Əgər küçəyə çıxırsınızsa, açıq rəngli, yüngül, qalın olmayan geyimdən istifadə edin, eynək taxmalı və şlyapa taxmalısınız. Həmin saatlarda dənizə girmək və günəş vannası qəbul etmək olmaz. Günəşdən qoruyucu krem çəkin. İdman etmək istəsəniz, axşam və səhər saatlarını seçin. İdman edirsinizsə, həmin ərəfədə 2-4 stəkan su için.
Uşaqlar qapalı yerdə oynamalıdır. Gün vuran pəncərələrin pərdəsi bağlı saxlanılmalıdır. Uşaqları səhər və axşam çimizdirin. Üz, sinə və ayaqlar soyuq su ilə yuyulmalıdır.
Sussuzluq hissi olmasa da, gündə ən az 2-2,5 litr su içməlisiniz. Səhər yeməyində az yağlı pendir, zeytun və təzə tərəvəzlər yeyin. Kofe əvəzinə süd, bitki çayları için.
Gün ərzində qızartmalardan uzaq olun. Yeməklərdə bitki yağından istifadə edin. Çox meyvə və tərəvəz yeyilməlidir. Qazlı sular, qəhvə əvəzinə, meyvə suyu, ayran içməniz məsləhətdir. Çalışın çox buzlu sudan istifadə etməyin.
Tərkibində kofein, spirt və şəkər olan içkilər bədəndən mayenin azalmasına gətirib çıxarır.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png