Həkim Rusiyadakı vəziyyətin Avropa ölkələri və Amerika ilə müqayisədə pis olduğunu bildirib.
“Əhalinin hər 100 min nəfərindən 60-100-ü xəstədir, bir çox ölkədə isə bu göstərici 10-a yaxındır. Dərmanlar vərəmlə mübarizədə həmişə kömək etməyə bilər, vəziyyət mürəkkəbdir, çünki antibiotikə qarşı müqavimət yaranır.
COVID-19-un ağciyərlərdə ağır nəticələr verdiyi də məlumdur. Bu, gələcəkdə vərəmin diaqnozu və müalicəsinin effektivliyinə təsir edəcək”, - Myasnikov əlavə edib.