Bu peyvəndin Avropada istifadəsinə İCAZƏ VERİLDİ

Avropa Komissiyası koronavirusa qarşı ABŞ-ın "Johnson & Johnson" şirkətinin istehsal etdiyi peyvəndlərin Avropa İttifaqında istifadəsinə icazə verib.
Bu barədə özünün "Twitter" səhifəsində Avropa İttifaqının Səhiyyə və Qida Təhlükəsizliyi üzrə Komissarı Stella Kiriakidis yazıb.
S.Kiriakidis bildirib: "Avropa Komissiyası COVİD-19-a qarşı peyvənd bazarına çıxış üçün "Johnson & Johnson" şirkətinə icazə verib. Avropada və xaricdəki vətəndaşlar üçün artıq dörd peyvənd mövcuddur. Təchizatın mümkün qədər fasiləsiz olmasını təmin etmək üçün şirkətlə işimizi davam etdirəcəyik".

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png