Bu barədə "Twitter"in yaydığı məlumatda bildirilir.
Qeyd olunur ki, tətbiqin veb-saytına giriş yalnız arxivləşdirilmiş yayımları izləmək üçün açıq qalacaq. "Periscope" əvəzinə videoları "Twitter Live" vasitəsilə yayımlamaq mümkün olacaq.
Xatırladaq ki, "Periscope" 2015-ci ildə istifadəyə verilib. "Twitter" sözügedən tətbiqi 2014-cü ildə 120 mln. ABŞ dollarına satın almışdır.