Diş ağrısını kəsən təbii üsullar

Əksər insanlar diş ağrısı zamanı ağrını yüngülləşdirmək üçün bir çox yollara əl atırlar. Təbii ki, ağrının əsas səbəbi və müalicəsi yalnız həkim tərəfindən təyin olunmalıdır. Lakin həkimə gedənə qədər ağrıdan təbii üsullarla da qurtulmaq mümkündür.
Duzlu su
Aparılan araşdırmalara görə, duzlu su mükkəmməl dezinfeksiya təsirinə malikdir. O, ağız boşluğunda yaranan iltihabları aradan qaldırmağa kömək edir. Əgər diş ağrısının səbəbi məhz iltihabdırsa, duzlu su ağrını kəsəcək.
Soyuq kompress
Yanağa soyuq kompress tətbiq olunduqda çənədəki damarlar daralacaq və ağrı aradan qalxacaq. Kompress həm də şişginlik üçün faydalıdır.
Mixək yağı
Diş ağrısı üçün effektiv üsullardan biri də mixək yağıdır. Mixək keyidici və antiseptik xüsusiyyətlərə malikdir və bakteriyaları öldürmək üçün olduqca təsirlidir.
Sarımsaq çeynəmək
Sarımsaq əsrlərdir təbabətdə istifadə olunur. O, bakteriyaları məhv etməklə yanaşı, həm də ağrını aradan qaldırır.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png