1.Nanə çayı
Soyuqdəymənin müalicəsində və öskürəyə qarşı ən təsirli bitki çaylarından biridir. Dadını sevməyənlər üzərinə 1 çay qaşığı bal əlavə edərək qəbul edə bilər.
2.Adaçayı
Mükəmməl bir antioksidan olan bu çay, quru öskürəyin müalicəsində tez-tez istifadə olunur. Boğaz ağrısı üçün daha çox qarqara edilməsi tövsiyyə olunur.
3.Zəncəfil çayı
Qrip və soyuqdəymədən qaynaqlanan öskürək zamanı istifadə edilir. Bir stəkan qaynar suya suya 2-3 ədəd zəncəfil atılır və 10-15 dəqiqə dəmlənir. Gündə 3 stəkan olmaqla səhər, günorta və axşam yeməyindən sonra içilməsi məsləhət olunur.
4.Acı bibər və bal qarışığı
Ənənəvi Çin təbabətində də istifadə edilən acı bibər qan dövranını aktivləşdirir və bəlğəmin təmizlənməsinə kömək edir. Bal isə öskürəyə qarşı antibiotik kimi fəaliyyət göstərir. Acı bibər və bal qarışığı daha çox bəlğəmli öskürəkdə istifadə edilir. 1 çay qaşığı acı bibər və 2 xörək qaşığı bal bir stəkana qoyulur və üzərinə qaynar su əlavə edilərək ağzı bağlı vəziyyətdə 15 dəqiqə dəmlənir. Daha sonra isə qəbul edilir.