ŞƏKİDƏ AZYAŞLI İTİN HÜCUMUNA MƏRUZ QALDI

Şəkidə it 10 yaşlı uşağa çoxsaylı xəsarət yetirib.
2010-cu il təvəllüdlü Şəki şəhər sakini Taleh İbrahimxəlil oğlu Mustafayev bədəninin çoxsaylı it dişləməsi və cırılmış yarası xəsarəti ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Müayinə zamanı məlum olub ki, T.Mustafayevə şəhər ərazisində it hücum edərək ona xəsarət yetirib. T.Mustafayevə lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulub.
T.Mustafayevin müalicəsi xəstəxanada davam etdirilir.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png