Bu barədə İtaliya Senatının üzvü Adolfo Urso bildirib.
O, qeyd edib ki, insani, dini dəyərlərə hörmət əlaməti olaraq, ilk növbədə həqiqətin nədən ibarət olduğunu araşdırmaq önəmlidir. “Gördüyümüz həqiqət ondan ibarətdir ki, burada cinayət törədilib. Yüz minlərlə günahsız insan öz yaşadıqları ərazilərdən qovulub. Azərbaycan öz torpaqlarını geri qaytarıb. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələr də bir daha sübut edir ki, bu ərazilər Azərbaycan torpaqlarıdır. Bu torpaqları işğaldan azad etmək Azərbaycanın haqqıdır”, - deyə Adolfo Urso vurğulayıb.