İŞİD lideri öldürüldü

Fransa Prezidenti Emmanuel Makron Böyük Səhrada İŞİD lideri Adnan Əbu Valid əl-Sahrauinin fransız qüvvələri tərəfindən məhv edildiyini açıqlayıb.
Fransa Prezidenti bu barədə Tvitter hesabında bildirib.
Bunun Fransanın Sahel bölgəsindəki terror qruplarına qarşı mübarizəsinin uğuru olduğunu qeyd edən Makron fransız xalqını, bölgədə həyatını itirən və yaralanan fransız əsgərlərini və onların ailələrini xatırladığını əlavə edib: "Bu mübarizəni afrikalı, avropalı və amerikalı tərəfdaşlarımızla davam etdirəcəyik".

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png