Naxçıvanda orta aylıq əməkhaqqı yanvar-sentyabrda 14% artıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 528 manat təşkil edib.
Naxçıvan Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 14,1% çoxdur.
Xatırladaq ki, cari ilin yanvar-avqust aylarında muxtar respublikada orta aylıq əməkhaqqı üzrə göstərici 527,8 manata bərabər olub.

Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png