Türkiyədən Azərbaycana kimyəvi məhsul ixracı artır

2020-ci ilin yanvar-iyul aylarında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 30,37 faiz artaraq 242,802 milyon dollar olub.
Bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
İyul ayında Türkiyədən Azərbaycana kimyəvi məhsulların ixracı 2019-cu ilin iyunu ilə müqayisədə 23,59 faiz artıb və 39,34 milyon dollara bərabər olub.
Yanvar-iyul aylarında Türkiyənin dünya bazarlarına kimyəvi məhsulların ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 13,4 faiz azalaraq 10,169 milyard dollar təşkil edib.
Bu müddət ərzində Türkiyənin ümumi ixracında kimyəvi məhsulların ixracının payı 11,3 faizə bərabər olub.
Son 12 ay ərzində (iyul 2019 - iyul 2020) Türkiyə 19,015 milyard dollar məbləğində kimyəvi məhsul ixrac edib.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png