Quru, kobudlaşmış əllər üçün təbii maska və müalicələri sizə təqdim edir. Həftədə 2 dəfə tətbiq edərək əllərinizə çox gözəl qulluq edə bilərsiniz.
Maska 1
2 ədəd kartof
1 stəkan süd
Hazırlanması və tətbiqi: Kartofları bir qab içinə alaraq qaynadın. Qaynadılmış kartofları çəngəlin köməyi ilə əzin və içinə südü əlavə edərək qarışdırın. Ortaya çıxan qarışımı əllərinizə sürtün . Əlinizdəki maska tamamilə soyuq hala gəldiyində, ilıq su ilə yuyun.
***
Maska 2
1 şorba qaşığı şəkər (qəhvəyi)
1 disert qaşığı itburnu suyu
Hazırlanması və tətbiqi: Əller maska sürtməmişdən əvvəl sabunlanaraq təmizlənir. Tərkibi qarışdırıldıqdan sonra əllərə sürtülür və 2 dəqiqə gözlədilir. 20 dəqiqə sonra əllər yuyulur və nəmləndirici krem sürtülür.
***
Maska 3
1 ədəd yumurta (sarısı)
Yarım çay stəkanı limon suyu
2 xörək qaşığı zeytun yağı
Hazırlanması və tətbiqi: Yumurtanın sarısını ayırdıqdan sonra limon suyu və zeytun yağı əlavə edilərək qarışdırılır. Qarışığı 2 dəqiqə çırpmaq lazımdır. Əllərinizə qalın şəkildə sürtdükdən sonra 15 dəqiqə gözləyərək yuyun. Əvvəl isti, sonra soyuq su ilə yaxalayın.
***
Maska 4
4 stəkan su
2 çay qaşığı mineral su
2 çay qaşığı qliserin
Hazırlanması və tətbiqi: Ərzaqlar bir kasa içinə alınır. Əllər qarışığın içində gözlədilər. 30 dəqiqə sonra əllər qarışıqdan çıxarılaraq ilıq su ilə yuyulur.
***
Maska 4
4 çay qaşığı kakao yağı
2 damla lavanta yağı
1 disert qaşığı bal
Hazırlanması və tətbiqi: Ərzaqlar bir qab içində qarışdırılır. Əllərə qarışımla birlikdə masajla yeridilir, daha sonra 15 dəqiqə gözlədilər, sonra əllər yuyulur və əl kremi çəkilir
