Duş alarkən qaşlarınızı isti suyun altında 10 dəqiqə barmaqlarınızla massaj edin.
Barmağınızı və ya qulaq çöpünü vazelinə batırıb, qaşlarınıza sürtün.
Zeytun yağı çəkib, qaşınızı massaj edə bilərsiniz. Bunu hind qozu yağı ilə də etmək müsbət nəticə verəcək.
Təzə diş fırçası alın, qaşınızı 1 həftə hər gün onunla darayın.
A, B3, C və E vitaminləri qəbul edin. Onları yağ formasında alıb, qaşa çəkə də bilərsiniz.
1 xörək qaşığı çörəkotu yağını 1 xörək qaşığı hind qozu yağı ilə qarışdırıb, bir şüşə qaba qoyun. Onu soyuducuda saxlaya bilərsiniz. Hər gün barmaq ucuna vurub, qaşınıza sürtün.