Bu qarışımla dırnaqlarınız bir daha qırılmayacaq

Tez-tez qırılan dırnaqlar bütün xanımların kabusudur. Bəzən vaxt azlığından dıqnaqlara qulluq arxa planda qalır. Davamlı olaraq boya ilə qüsurları gizlətmək isə dırnaq səddinin keyfiyyətini zəiflədir.
Ev şəraitində dırnaqlara qulluq etmək heç də çətin deyil. Onları səliqəyə saldıqdan sonra müxtəlif yağlarla qıdalandıra bilərsiniz. Badəm, kokos, jojoba, fındıq yağı, aloe vera kimi təbii vasitələr uzun və möhkəm dırnaqlara sahib olmaqda sizə kömək edəcək.
Araşdırmalar göstərir ki, dırnaqların soyulması və kövrəkliyi biotin çatışmazlığının əlaməti ola bilər. Bu səbəbdən gündəlik qida rasionunuza B vitamini və sink tərkibli məhsullar əlavə etməyə çalışın.
Bundan başqa, evdə hazırlayaraq tətbiq edə biləcəyiniz qarışımı təqdim edirik.
Tərkibi:
1 xörək qaşığı üzüm toxumu yağı
5 damcı kök yağı
1 kapsul E vitamini
5 damcı limon yağı
Bütün bu yağları qarışdırıb dırnaqlarınıza çəkin. Qısa müddət ərzində daha sağlam dırnaqlara sahib olacaqsınız.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png