Qoyun və mal ətinin düzgün bişirilmə qaydası

Gah dolma yumşaq alınmır, gah da kotletlər taxta kimi quru olur. Hələ daş kimi bərk kababdan danışmırıq. Bunların səbəbini isə çox vaxt istifadə etdiyimiz ətin keyfiyyətində görürük. Təbii ki, ət yeməklərinin hazırlanmasında bunun da rolu var. Amma bir çox problemlər bilgisizliyimizdən irəli gəlir.
Mal və qoyun ətinin hissələrindən hansı xörəklərin daha dadlı alınacağı haqda qeydləri təqdim edirik:
Mal əti
Boğaz hissə- Şorbalar, qiymə və içliklər
Bel hissə- Şorbalar, kotlet, qulyaj
Kürək hissəsi- qaynadılmış və yumşaq tikələr, şorbalar
File- Bütöv qalın və nazik tikələr, bifşteks, langet və s.
Yarısümüklü hissə- isti xörəklər, sümüklü şorbalar, bulyon
Sümüklü hissə- qaynadılmış və hisdə bişirilən ətlər, kabab, kotlet,dolma, küftə
Arxa hissə- Hisdə bişirilmiş və qaynadılmış ət, kotlet, qiymə, şorba, dolma və bulyon
Çiyin hissə- şəffaf bulyonlar, kotlet, qiymə, dolma
Döş əti- qaynadılmış, müxtəlif salatların hazırlanmasında istifadə etmək olar
Alt hissə(qasıq) - qiyməli xörəklər
Ön və arxa ayaqlar- qovurma və xaş

Qoyun əti
Bel və kürək hissə- döymə kotlet, kabab, plov, dolmalar, qaynadılmış ət
Arxa hissə- qovurma, kabab, isti xörəklər
Döş hissəsi- raqu, plov, şorbalar
Alt hissə (qasıq) - plov, şorbalar
Boyun hissə- şorbalar, bulyonlar
Boğaz hissə- şorbalar, isti xörəklər
Ön və arxa ayaqlar- xaş, şorbalar

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png