Bəhram Bağırzadə canlı yayında səhhətindən danışdı: “Mən tam sağlam insanam…”

“Bakılı Oğlanlar” Şən və Hazırcavablar Klubunun üzvü, Əməkdar artist Bəhram Bağırzadə “İnstagram” hesabında izləyiciləri ilə görüşüb.
Bəhram koronavirusdan sağaldıqdan ilk dəfə canlı yayına çıxıb. O, haqqında yayılan şayiələrə aydınlıq gətirib. Orqanizmində başqa ciddi xəstəliyin olmadığını, sadəcə COVİD-19-da müalicə aldığını bildirib.
“Kim istəyir inansın, kim istəyir inanmasın. Mənim səhhətimdə başqa bir problem yox idi. Mən tam sağlam insanam. Sadəcə olaraq virus canıma keçmişdi və mən 46 gün ərzində klinikada yatdım. 20 gün komada, 26 gün reanimasiyada oldum. Yayın yarısını klinikada oldum.
Mənə kömək edən o oldu ki, 21 ildir içki içmirəm. 12 ildir siqaret çəkmirəm. Gənc yaşlarımda peşəkar idmanla: üzgüçülüklə, həndbolla məşğul olmuşam”.   

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png