Xaçmazlı iş adamları şəhid anasına ev hədiyyə ediblər

Xaçmazda Vətən müharibəsi şəhidi Davud Hacıyevin anası Validə Hacıyeva mənzillə təmin edilib.

Mənzil şəhid anasına xaçmazlı iş adamları tərəfindən hədiyyə olunub.

Rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov və yerli iş adamları şəhid anasının yeni mənzilində qonaq olub, onun qayğıları ilə maraqlanıblar.

Şəhid anası ilə görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun düşmən üzərində şanlı Zəfər qazanmasından, hərbçilərimizin qəhrəmanlığından danışılıb. Şəhidlərimizin əziz xatirəsinin qəlblərdə daim yaşayacağı diqqətə çatdırılıb.

İş adamları qeyd ediblər ki, canından keçmiş qəhrəmanlarımızın xatirəsini daim əziz tutmaq, onların ailələlərinin qayğısına qalmaq hər birimizin vətəndaşlıq borcudur.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png