Aşıq Namiq döyülməsindən danışdı

“Dədə Qorqud” parkında 60-65 yaşlarında olan iki xanım mənə yaxınlaşıb, “Siz Aşıq Namiq deyilsiz?” soruşdular. Elə bu vaxt bir oğlan bizə yaxınlaşaraq, mənə vəsiqə göstərdi və özünü polis kimi təqdim etdi. Anasını narahat etdiyimi əsas gətirərək, söyüşlər söyməyə başladı. Parkda olanlar mənə oğlanın narkoman olduğunu, hamıya sataşdığını dedilər.

Bu sözləri açıqlamasında Aşıq Namiq Fərhadoğlu döyülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

“Daha sonra oğlan mənə yumruq atmağa başladı, mən də onun yumruğuna cavab vermək məcburiyyətində qaldım. Həmin vaxt qadınlardan biri telefonla bizi çəkirdi. Başa düşdüm ki, bu, planlaşdırılmış oyundur. Qadın məni hədələyirdi ki, sənin başına oyun açacam. Həm söyürlər, həm də telefona çəkirlər. Mən oğlana dedim ki, gedək, qıraqda söhbət edək, o isə məni təhqir etməyə davam edirdi. Boynumda olan qızıl boyunbağımı da qırıb apardı”, - o qeyd edib.

Fərhadoğlu hadisənin 3 gün əvvəl baş verdiyini deyib:

“Məsələnin araşdırılması üçün polisə şikayət etmişdim. Axşam saat 22:00-da məni bölməyə çağırdılar. Polisin barışıq təklifinə razılaşdım. Həmin qadın da orada idi. Qadın dedi ki, guya mən onun Ayfon-14 Pro Maks telefonunu qırmışam. Halbuki zərərçəkmiş mənəm. Mənim həm 2 telefonum qırılıb, həm də boyunbağım oğurlanıb. Qadının qırılmış telefonuna baxanda gördük ki, Ayfon-11-dir. Mənə əl-qol atan oğlan isə qapının yanında dayanmışdı. Ona dedim ki, səninlə dalaşmışam, niyə xanımları qabağa verib özün gizlənirsən? Hadisə tam olaraq belə baş verib. Döyülmək və söz atmaq söhbəti həqiqəti əks etdirmir”.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png