Zəlzələdən 76 gün sonra MÖCÜZƏ YAŞANIB

Türkiyənin Hatay vilayətində baş verən zəlzələdən sonra dağıntılar altından “Ecevit” adlı Van pişiyi 76 gün sonra sağ tapılıb.

Pişik tam şəkildə dağılan binalarda ev heyvanlarını axtaran qrup tərəfindən aşkarlanıb.

Heyvansevər Anıl Bilmez bununa bağlı sevincini dilə gətirib.

“Onu burada tapdıq. 76 gün ərzində həqiqətən axtardıq. Sahədə olan qrupları köməyə çağırdıq. Dağılmış binada axtarış apardıq. 76 gündən sonra onu burada tapdım. Bu hissləri ifadə etmək çətindir. Onun öldüyünü düşünməyə başlamışdım. Sahibi ilə danışanda ona ürək-dirək verməyə çalışırdım. “Ecevit” epileptik tutmalardan əziyyət çəkən pişikdir. Buna baxmayaraq 76 gün dözüb. Odur ki, dostlar, burada ev heyvanınız varsa, vazkeçməyin”, - deyə o qeyd edib.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png