TURAN ADAM!- Professor Əjdər Tağıoğlu- 85

Onu hamı tanıyır. Hamı deyəndə ki vətənini, millətini, dövlətini onun kimi sevənlər… Canından artıq sevdiyi can AZƏRBAYCANIN düşmənlərinə onun kimi nifrət bəsləyənlər…Və tanıyanlar bilir ki, yaşadığı müddətdə bütün ruhu, düşüncəsi, bütün varlığı ilə can AZƏRBAYCANI sevdi. Söhbət adı qarşısında heç bir titulun təqdimatına ehtiyac olmayan Əjdər İsmayılovdan gedir.


Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirir. 1963–1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində oxuyur, rejissor Mehdi Məmmədovun və aktyor Rza Təhmasibin tələbəsi olur.


1961–1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, Daxili İşlər Nazirliyinin, “Şərq qapısı” qəzetinin əməkdaşı, 1977–1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olur.


Hələlik sadə görünən tərcümeyi-halın maraqlı bir məqamı. Əjdər İsmayılov Məşədi Mahmud İsmayıloğlunun nəvəsi, istiqlalçı, Naxçıvan, Qərbi Azərbaycan, xüsusəndə Şərur – Dərələyəz istiqamətində erməni daşnaqkarlna qarşı mübarizə müstəqil mübarizə aparan partizan, daha sonra “Qırmızı tabor”un komandirlərindən olan Tağı İsmayılovun oğludur. Bəli Tağı İsmayılovun oğlu məhz belə olmalıydı. VƏTƏNPƏRVƏR! 


Əjdər İsmayılov 1969-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun dissertantı olur. Akademiyanın vitse-prezidenti akademik Məmməd Arif Dadaşzadənin rəhbərliyi altında “Hüseyn Cavidin tarixi dramları” (“Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam”) mövzusunda namizədlik dissertasiyasını 1974-cü ildə müdafiə edir. Hüseyn Cavid! Bu dahi şəxsiyyət Əjdər müəllimi qarabaqara “izləyir”. Alim dəfələrlə bu görkəmli şəxsiyyətin yaradıcılığına müraciət edir, araşdırır. Və Cavidi o qədər sevir ki, oğluna Cavid adı verir! 


1982-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasında təsdiq edilmiş “Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi” mövzusunda doktorluq dissertasiyası ətrafında araşdırmalara başlayır. Ədəbiyyatşünaslığımızda Azərbaycan romantizminin yaranmasını 1905–1917-ci il hadisələri ilə bağlayan fikir sahiblərinin əksinə olaraq, Hüseyn Cavid romantizminin mənşəyinin Zarvan (“Avesta”) fəlsəfəsindən başlandığını, sənətin fəlsəfi-estetik dəyərləri baxımından Türk “Tənzimat ədəbiyyatı” başda olmaqla, mütəfəkkir şairin dünya ədəbiyyatının korifeylərinin sənət yoluna bağlılığını demonizm kontekstində araşdırır. Kitabda dünya romantizmində demonizm ənənələrinin H.Cavid irsində davamı və inkişafı məsələləri qabardılır. Əjdər İsmayılov H.Cavid yaradıcılığının ideya-fəlsəfi, bədii-mifoloji köklərini açıb göstərir, sənətkarın aləmindəki milli və ümümbəşəri cəhətləri tədqiq edir.


H.Cavidi dünya ədəbiyyatının nəhəngləri ilə eyni sırada görməyən, o biri tərfdən demonologiya fəlsəfəsini dərk etməkdə çətinlik çəkən məşhur alimlərimizə cavab olaraq, 1988-ci idə Moskvadan və Gürcüstandan dəvət edilmiş dünya ədəbiyyatı üzrə məşhur beş mütəxəssis alimin Müdafiə Şurasında etdikləri müsbət çıxışları və xüsusən moskvalı rəsmi opponent professor A.L.Şteynin: “Biz romantizm ədəbiyyatı mütəxəssisləri bu dissertasiyayadək dünya romantizminin XIX əsrdə sona yetdiyi fikirindəydik, sən demə XX əsrdə Hüseyn Cavid kimi sənət nəhəngi varmış” – dediyi sözlər keçmiş Sovetlər Birliyində ədəbiyyatşünaslıqda və fəlsəfədə ilk dəfə demonizm problemindən, onun fəlsəfi-estetik və siyası dəyərlərindən danışan dissertasiyanın qabağını xudpəsəndcəsinə kəsməyə çalışan bizim məşhurlara tutarlı cavab oldu.


1961-ci ildə ADU-nu bitirib, anadan olduğu dogma kəndində, Çomaxtur kənd səkkizillik məktəbində müəllimlik edir.


1974–1977-ci dərs ilində özünün şəxsi təşəbbüsü ilə səkkiz illikdən orta təhsilə çevirilən və müasir tədris avadanlığı ilə təchiz edilmiş iki mərtəbəli məktəb binasının inşasında müstəsna xidməti olur və mə…


Onu Azərbaycanın elmi ictimaiyyəti çox yaxşı tanıyır. Əjdər İsmayılov istər elm xadimi, istərsə də insan kimi hər kəsin qəbul etdiyi, hörmətlə yanaşdığı, sevdiyi, diqqət göstərdiyi bir alim idi. O, həm də cəmiyyətdə tənqidçi, görkəmli ictimai-siyasi xadim, türkçü, turançı kimi tanınırdı.  Ömür yolunda şərəf və ləyaqət, məsuliyyət, xalqa, Vətənə, dövlətə və dövlətçiliyə xidmət onunla çiyin-çiyinə addımlayıb.  Onun addımladığı yol xeyirli-bərəkətli, işıqlı-nurlu olmaqla yanaşı, həm də çətin və enişli-yoxuşlu olub. Çox “mənəm-mənəm” deyənlər bu yola çıxıblar, amma sona qədər gedə bilməyiblər. Çünki bu cür yolu Əjdər İsmayılov kimi nəhəng şəxsiyyətlər salır

Əjdər İsmayılovun nəhəngliyi ondadır ki, o, bu yolda özünü fəda edib, elm işığında gözünün nurunu it…


O bütün ömrünü, mənalı həyatını, bilik və bacarığını, qabiliyyətini, savadını xalq, millət üçün sərf etdi, elm fədaisi kimi zülmətə işıq saldı. Hər gün çalışdı, zəhmət çəkdi, elm yolunda gözünün nurunu itirdi, saçlarını ağartdı, hörmətli, şərəfli bir ömür sürdü. Professor Əjdər İsmayılov məhz bu cür müdrik ömür sahibi, bu cür örnək idi.


Sözünün ağası olan, ağa ağ, qaraya qara deyən müdrik şəxsiyyət, Azərbaycan ədəbiyyatında, Turan dünyasında, türk ellərində iz qoyan Vətən adamının bu gün doğum günüdür. 


Bir ildir ki, Haqq Dünyasında olan, canından artıq sevdiyi can Azərbaycanının torpağına qarışan alim CƏNNƏTdəki doğum günün mübarək!


Sizdən dünyamıza çox əmanətlər qaldı, DAĞ ADAM!, AZƏRBAYCAN ADAM!, TURAN ADAN!, VƏTƏN FƏDAİSİ!, ELM CƏFAKEŞİ!, SADİQ DÖVLƏTÇİ! “91-lər”in ƏN SƏDAQƏTLİLƏRİNDƏN! Yüzlərlə elmi məqalələr, ermənilərin “tarixini” darmadağın edən kitablar, Türkün dədə tarixini üzə çıxaran monumental əsərlər, “Turan Araşdırma Mərkəzi” İB, bir də son nəfəsdə nəvəniz Oğuza dediyiniz “DÖVLƏTİ QORUYUN” vəsiyyəti…


Siz candan artıq sevdiyiniz CAN AZƏRBAYCANının qoynunda rahat uyuyun…vətən sevdalısı!


Fatma ABBAS.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png