Professor Əjdər İsmayılovun ƏZİZ XATİRƏSİNƏ

Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan MR Şərur rayon Çomaxtur kəndində anadan olmuşdur 1961-ci ildə ADU-nun filologiya fakültəsini bitirmiş. 1963–1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində oxumuş, rejisor Mehdi Məmmədov və aktyor Rza Təhmasibin tələbəsi olmuşdur.
1961–1977-ci illərdə doğma kəndində məktəb direktoru, daxili işlər nazirliyinin, «Şərq Qapısı» qəzetinin əməkdaşı, 1977–1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, Baş müəllim və Professor olmuşdur.
1982-ci ildə Nizami adına Ədəbiyyat instutunun Elmi Şurasında təsdiq edilmiş "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" mövzusunda doktorluq dissertasiyası ətrafında araşdırmalara başlamışdır. Burada ədəbiyyatşünaslığımızda Azərbaycan romantizminin yaranmasını 1905–1917-ci il hadisələri ilə bağlayan fikir sahiblərinin əksinə olaraq, Hüseyn Cavid romantizminin mənşəyinin Zarvan ("Avesta") fəlsəfəsindən başlandığını, sənətin fəlsəfi-estetik dəyərləri baxımından Türk "Tənzimat ədəbiyyatı" başda olmaqla, mütəfəkkir şairin dünya ədəbiyyatının korifeylərinin sənət yoluna bağlılığı demonizm kontekstində araşdırılıb. Kitabda dünya romantizmində demonizm ənənələrinin H.Cavid irsində davamı və inkişafı məsələləri araşdırılmışdır. Əjdər İsmayılov H.Cavid yaradıcılığının ideya-fəlsəfi, bədii-mifoloji köklərini açıb göstərmiş, sənətkarın aləmindəki milli və ümümbəşəri cəhətləri tədqiq etmişdir.
1988-ci ildən Azərbaycanda məlum hadisələrlə bağlı Xalq hərakatına qoşulmuş və bir çox hadisələrin qarşısının alınmasında fəal olmuşdur.
1990-cı ilin noyabr ayında təsis etdikləri "Şərur döyüşür" hərbi-cəbhə qəzetinin ilk sayı Şərur rayon mətbəəsində onun Kremlin işğalçı siyasətini ifşa edən "İmperiya qoşunları Naxçıvan sərhədlərində" adlı məqaləsi ilə buraxılmışdır.
1990-cı ilin dekabr ayında Bakı-İrəvan dəmir yolu ilə gələn yük qatarlarının İrəvana tərəf keçməsinin, guya "təhlükəsizliyini" təmin etmək, əslində Naxçıvan Vilayətini ermənilərə təhfil vermək üçün Şərur stansiyasını hərbləşdirmək bəhanəsilə faciəli planı həyata keçirməyə çalışan general Surkov Afiyəddin Cəlilova bildirmişdi ki, komandası altında olan qoşunun bir hissəsini Sədərək qəsəbəsinin girəcəyində, bir hissəsini Qıvraq kəndində rus polkunun ərazisində, o biri hissəsini Naxçıvanın çıxacağında yerləşdirdikdən sonra yolu Mehri stansiyasından bağlamış ermənilərlə danışığa gedəcək. Bir dəstə ziyalını dinləyəndən sonra rus generalının öz dili ilə dedyi planı ifşa edən Əjdər İsmayılovun qəti etirazından nəticəyə gələn Afiyəddin Cəlilov Surkovun ordusunu Muxtar Respublikanın ərazisindən çıxarmışdı.
1992-ci ilin 21 aprelində Azərbaycan Respublikasına prezident seçkisi qarşısında Şərur əhalisinin toplantısını təşkil etmiş, Heydər Əliyevin prezidentliyə namizədliyini irəli sürdmüşdü. Bu toplantı müdrik siyasət rəhbərinin Azərbaycanı müstəqilliyə aparacaq mübarizə yolunun başlanğıcı idi. Toplantının çıxardığı qərarı 22 aprel 1992-ci ildə Bakı şəhərində yerləşən döyüşən Naxçıvana hər cür köməklik göstərən «Əlincə» cəmiyyətinə çatdırmışdır.
Heydər Əliyevin Azərbaycan Respublikasına prezident namizədliyini irəli sürmüş Şərur əhalisinin toplantısında "yaş həddi" ilə əlaqədar çıxarılmış qərarı müdafiə etmək üçün keçmiş Ali Sovetinin binası qarşısında 1992-ci ilin 24 aprelində tarixi mitinq keçrilmişdi. Mitinqin tşkilatçılarından olan Əjdər İsmayılov ilk çıxışında iki məlum qüvvətli qonşu dövlət tərəfindən Azərbaycanı parçalayıb, ermənilərə Kür çayında hüdudlanan, oradan "Port İliç" deyilən ərazidən dənizə çıxan böyük coğrafiyanı, oradan başlayaraq Abşeron yarımadası və ölkəmizin şimal torpaqları onunla həmsərhəd olan qonşu dövlətin, Talış bölgəsi başqa bir qonşu ölkənin ərazisinə daxil edilməsi planlaşdırıldığı bir zamanda Abşeron bağlarında gizlədilən Viktor Polyaniçkonun Bakıda 20 yanvar qırğınını təkrar etməyə hazırlaşan Pirmokov rus kəşfiyyatına başçılıq etdiyini mitinq iştirqkçılarına çatdırmış, xalqı ayıqlığa, qarşıdan gələcək fəlakətlərdən xilas üçün Heydər Əliyevin ətrafında birləşməyə çağırmışdır.
Əjdər İsmayılov mitinqdən sonra Heydər Əliyevin dəvətilə Naxçıvanda onun qəbulunda olmuş və Bakıda baş verən mürəkkəb və ziddiyyətli siyasi hadisələr barədə xilaskarımıza ətraflı məlumat vermişdi. Sonra baş verən mürəkkəb hadisələrin xaosunda xilas yolunu seçə bilməyən xalqı onun ətrafında birləşdirmək üçün partiya yaratmağın zəruriliyini təklif etmişdi.
1992-ci ilin avqust ayında bu məqsədlə o, Şırurda ziyalılardan ibarət "Heydər Əliyev tərəfdarları" təşəbbüs qrupunu yaratmış, rayon ərazisini dairələrə ayırmış və bir neçə ayda otuz iki mindən artıq tərəfdarı siyahıya aldırmışdı. Şərurluların bu fəaliyyəti 1992-ci il 21 noyabr tarixində YAP-ın Naxçıvanda keçirilən təsis konfrasının tarixi əsasını qoymuş oldu.
Əjdər İsmayılov dəfələrlə ölümlə üz-üzə qalsa da bu siyası fəaliyyətindən əl çəkməmiş Heydər Əliyevin yaxın silahdaşı kimi axıra qədər Ulu öndərin xalqı xilas etməsi yolunda mübarizə aparmışdır.
Ona Hakimiyyətdə təmsil olunması üçün bir neçə təkliflər olsa da, o, heç bir vəzifə tutmadan bildirmişdi ki, mən xalqımın ziyalısıyam bu gördüyüm işlər ziyalı kimi mənim qarşımda duran əsas məsələlərdən biri idi. Və beləcə heç bir vəzif götürmədən öz kitabxanasına çəkilərək, «Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları», "Moisey Xorenatsi anonim keşiş müəllifdir", "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir", "Naxçıvan toponiminin etnotarixi əfsanələr qədər qədimdir" tarixi əsərlər və bir neçə elmi məqalələr yazaraq bizə miras qoymuşdur.
Professor Əjdər İsmayılov "Turan Araşdırma Mərkəzi" İB-ni qeydiyyatdan keçirdərək mərkəzin sədri kimi, Turan əhatisinin  genişlənməsində böyük rolu olub. 
Professorun həyat yolunu qısa olaraq nəzərdən keçirdik. Əjdər müəllimə ürək ağrısı ilə yazılan bir neçə baş sağlıqlarını təqdim edirik:
Allah rəhmət eləsin


 Səttar Rəhimli
Prof. Dr. Əjdər İsmayılov, "Hüseyn Cavid yaradıcılığı və dünya ədəbiyyatında demonizm ənənəsi" mövzusunda doktorluq dissertasiyası ətrafında araşdırmalar aparmış. Burada ədəbiyyatşünaslığımızda Azərbaycan romantizminin yaranmasını 1905–1917-ci il hadisələri ilə bağlayan fikir sahiblərinin əksinə olaraq, Hüseyn Cavid romantizminin mənşəyinin Zarvan ("Avesta") fəlsəfəsindən başlandığını, sənətin fəlsəfi-estetik dəyərləri baxımından Türk "Tənzimat ədəbiyyatı" başda olmaqla, mütəfəkkir şairin dünya ədəbiyyatının korifeylərinin sənət yoluna bağlılığı demonizm kontekstində elmi tədqiqat aparmaqla Azərbaycan elminə yüksək töhfə vermişdir.
Aygun Attar
Prof.Dr.Ejder İsmail’in vefat haberini şimdi öğrendim.
Türk Dünyası koca bir çınarını kaybetti.
Hayatı boyunca namusla vicdanla TURAN’a hizmet eden büyük şahsiyet, kıymetli alim ebediyete intikal etti.
Alimin ölümü alemin ölümüdür , derler
Başta sevgili oğlu , babasının açtığı yolun şerefli devamlısı kardeşim #Cavidİsmail ve kayınpederini dünyalar kadar seven Zümrüd Turan olmakla tüm aile yakınlarına sabırlar diliyorum.Türk Dünyasının başı sağ olsun..
Hocamın doğum gününde yazdığım yazıyı paylaşıyorum , O bizim için daim yaşayacak .
Mekanı cennet ruhu şad olsun.
 Emin Əzimli
Siz unudulmayacaqsınız!
Həyat qəribə məqamlar, nüanslarla doludur.Hər gün müxtəlif ölçülü,biçimli insanlarla rastlaşır, ünsiyyət edirsən.Bunsuz mümkün deyil. Elə insanlar, tanışlar, qohumlar, yaxınlar var ki, uzun müddət ünsiyyətdə olursan, amma yadında qalmır. Elə insanlar da var ki, bir dəfə ünsiyyət edir, ömür boyu unutmursan. Professor Əjdər Tağı oğlu İsmayılov belə insanlardan olub. Onunla cəmi bir dəfə Qaxda və Balakəndə ünsiyyətdə olmuşam. Millətinə, xalqına, elinə-obasına, Vətəninə, doğma torpağa bağlılığına heyran olmuşam. Sonradan isə ünsiyyətimiz internet üzərindən oldu, telefonla daim əlaqə saxladıq.Yaddaşına heyranam bu insanın. Professor Əjdər İsmayılov səmimi bir insan idi. Onun söhbətindən doymazdın. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində daim dahi şəxsiyyət Heydər Əliyevin yanında olub. Qətiyyətli, barışmaz bir insan idi.Onun Azərbaycan elminin inkişafına verdiyi töhfələr danılmazdır. Əvəzsiz bir insanı, böyük zəka sahibi olan dəyərli alimi,undulmaz turançını itirmək və bununla barışmaq olduqca çətindir. Əjdər müəllim evdən yox, eldən gedən bir insandır. Mərhuma uca Allahdan rəhmət diləyir, oğlu Cavid müəllimə, son nəfəsində dövlətçiliyimizi qorumağı vəsiyyət etdiyi nəvəsi Oğuza, əzizlərinə, doğmalarına və yaxınlarına uca Allahımızdan rəhmət diləyirik. Rahat uyuyun gözəl insan,yolunuzu davam edən, elmi irsinizi qoruyan, onu gələcək nəsillərə çatdıranlarınız var. Siz unudulmayaqsınız!
Şəmil Sadiq
Professor Əjdər İsmayılov! Müəllimim, magistr rəhbərim! Hüseyn Cavid fəlsəfəsini dərk edib, demonun sirlərini açmaq üçün araşdırmalar edən, Azərbaycan tarixinin, mistikasının dərin qatlarına enən və yüksıklərə qaldıra bilən böyük insan, ruhun şad olsun! Belə bir alimlə tanış olmaq, ondan öyrənmək böyük şans idi! Başımız sağ olsun Cavid Ismayil bəy!
 İlham Qazaxlı
Çox hörmətli ziyalı, böyük alim, professor, Hüseyn Cavid irsinin görkəmli araşdırıcısı, Turan sevdalısı - Əjdər İsmayılovu da itirdik.((( Allah rəhmət eləsin. Nur içində yatsın!
 Mahmud Rövşənoğlu
Tanınmış alim, "Turan Araşdırma Mərkəzi” ictimai birliyinin sədri filoloq-tarixçi, türkoloq, cavidşunas, professor Əjdər Tağıoğlu İsmayılovun vəfatı Azərbaycan elminə böyük itkidir. Onun müəllifi olduğu "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları", "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anınim keşişdir", "Moisey Xorenatsi anınim keşiş müəllifdir" və s. kitabları erməni yalanlarını ifşa edən ən tutarlı tarixi əsərlərdəndir. Böyük alimin dünyadan köçməsi ilə əlaqədar oğlu, iqtisad üzrə fəlsəfə doktoru, tanınmış araşdırmaçı Cavid İsmayıla dərin hüznlə başsağlı verirəm. Allah rəhmət eləsin!
Nərgiz İsmayılova
Mənim üçün çox dəyərli bir şəxsiyyətin ölüm xəbərini aldım...Ruhunuz şad olsun Professor! Axırıncı dəfə 20 gün olar ki, danışdıq.Həyatın haqsızlıqlarına qarşı möhkəm olmağımı tövsiyyə etdi.Yenə kontaktımdakı bir nömrəyə zəng çatmayacaq...
Bilman İsaq
Professor Əjdər İsmayılovun Azərbaycan dövlətinin yenıdən müstəqillik əldə edilməsində əməyi çoxdur və danılmazdır. O Azərbaycan tarixində iz qoyub getdi. Bunun özü bir fəxr edicidir ki, heç vaxt unudulmayacaq, hər zaman qəlblərdə yaşayacaq. Mən deyərdim ki, Professor ŞƏHİD oldu, çünki gecə-gündüz dayanmadan axtarışda idi. Çox istəyirdi ki, Azərbaycanın təhrif olunmuş bir sıra tarixini olduğu kimi yazsın və bunun çox qisminə nail oldu. Əjdər müəllim Azərbaycan tarixinin dərinliklərinə getmişdi, çatdırıb yaza bilmədiyi çox tarix qaldı. Allah qəni-qəni rəhmət eləsin.
 Cavid İsmayıl
Təcili yardımın həkimi doluxsunaraq və həyacanlı şəkildə dedi ki, mən uzun illərdir təcili yardımda işləyirəm ilk dəfədir belə halla rastlaşıram.
Professor xırıltılı səsi ilə, nəvəsi Oğuzun qolundan bərk-bərk tutaraq DÖVLƏTİ QORUYUN! dedi.
Allah sənə rəhmət eləsin. Ruhun şad olsun. Yerin cənnətdir inşallah.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png