BTS buna görə fəaliyyətini dayandırır

Bütün dünyada məşhur olan BTS K-pop oğlan qrupu (K-pop-boys-band) BTS ən böyük üzvü Çindən başlayaraq məcburi hərbi xidmətə yollanacaq.

Bu barədə Reuters məlumat yayıb.

Hərbi formanı ilk olaraq yeddi yaraşıqlının ən böyüyü – 29 yaşlı Çin sınayacaq.

“Çin 2022-ci ilin oktyabr ayının sonunda hərbi xidmətdən möhlət hüququnun təxirə salınması ilə bağlı sorğunu ləğv edəcək və Hərbi İdarənin hərbi xidmətə qəbul üçün müvafiq prosedurlarına əməl edəcək”, - deyə Reuters onların musiqi agentliyi “HYBE”yə istinadla bildirir.

“Qalan altı üzv də öz fərdi planlarına uyğun olaraq məcburi hərbi xidmət keçəcək”, - deyə onların nümayəndələri “HYBE”yə əlavə ediblər.

Xatırladaq ki, Cənubi Koreyada 18-28 yaş arasında olan bütün əmək qabiliyyətli kişilər Şimali Koreyaya qarşı müdafiə səyləri çərçivəsində 18-21 ay müddətində hərbi xidmət keçməlidirlər


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png