Ancelina Colinin yazdığı məktub internetə sızdı

Hollivud aktrisası Ancelina Colinin 2021-ci ilin yanvarında Bred Pittə göndərdiyi elektron məktub sosial şəbəkəyə sızdırılıb.

İki məhşur arasında söhbət onların ümumi fransız şərab zavodu "Chateau Miraval" haqqında olub.

Coli Pittə payını niyə satmaq niyyətində olduğunu izah edib.

"Bu, ilk dəfə əkizləri gətirdiyimiz və anama həsr olunmuş lövhə üzərində evləndiyimiz yer... Nə ola biləcəyini vəd edən və qocalacağımı düşündüyüm yer. İndi də bu mesajı ağlamadan yaza bilmirəm. Xatirələri həmişə əzizləyəcəm", - deyə Coli yazıb.

Coli əlavə edib ki, o, bu şərab zavodunun Pittlə ittifaqını sayandırmaq istəyir, amma bunun əksi oldu - o, ondan qurtulmaq istəyir. Mətndə o, keçmiş ərinə payını almağı və ya üçüncü tərəfə satmağı təklif edir.

Xatırladaq ki, əşhur aktyor Bred Pitt keçmiş həyat yoldaşı, aktrisa Ancelina Colini onun xəbəri olmadan birgə şərab zavodunun payını gizli şəkildə satmaqda ittiham edərək məhkəməyə verib .

O qeyd edib ki, bu illər ərzində o, şərab zavoduna çoxlu pul və vaxt yatırıb və onu gəlirli edib, baxmayaraq ki, Ancelina 28,4 milyon dollarlıq alış qiymətinin 40%-ni xərclədiyini etiraf edir.

Pitt israr edir ki, Coli sövdələşmənin təfərrüatlarını ondan qəsdən gizlədib və məhkəmə vasitəsilə onun ləğv edilməsini, həmçinin ona dəymiş zərərin ödənilməsini tələb edir.

Coli və Pitt 2019-cu ildə boşanıblar, 2014-cü ildə ailə qurublar


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png