Gün eynəyinizi düzgün seçin- Məsləhət

Gün eynəkləri bir aksessuar olaraq əksəriyyətimiz tərəfindən istifadə olunur. Bununla yanaşı, gözləri zərərli şüalardan qoruyur, göz yorğunluğunu azaldır. Amma bir çox hallarda doğru gün gözlüyünü seçə bilmir, üz xəttimizə yaraşmayan eynəklərdən istifadə edirik. Üzümüzə yaraşacaq gün eynəkləri ilə bağlı məlumat verir

Əgər bu üz tipinə sahibsinizsə, üzünüzü daha uzun göstərməyə çalışmalısınız. Buna görə tünd çərçivəli eynəklər seçin.

Yuvarlaq üzlər üçün uyğun eynəklər:

Dik, düzbucaqlı və kvadrat şüşələr, pişik gözü, kəpənək, dar körpülü və kosmonavt eynəyi.

Uyğun olmayan eynəklər:

Yuvarlaq, dar çərçivəli, kəskin hatlı, geometrik formalı, rəngli şüşəli, qaşları bağlayan eynəklər.

Oval üz

Böyük eynəklərdən uzaq durun. Çərçivə genişliyi üzünüz qədər ola bilər. Eynəyin üst çərçivəsinin qaşınızla eyni bərabərdə olduğundan əmin olun.

Oval üzlər üçün uyğun eynəklər:

Pişik gözü, kəpənək, kosmonavt eynəyi.

Uyğun olmayan eynəklər:

Dar çərçivəli, kəskin xətli, çox geniş şüşələr, iri eynəklər.

Kvadrat üz

Kəskin formalı, düzbucaqlı və ya kvadrat çərçivələr, üz xətlərinizə böyük gələ bilər. Digər yandan, yuvarlaq çərçivələr ümumi üz formanızı tarazlaşdırmağa və yumşaltmağa kömək edir.

Kvadrat üzlər üçün uyğun eynəklər:

Geniş eynəklər, genişliyi üzlə uyğun çərçivələr, rəngli şüşələr, pişik gözü, çərçivəsiz eynəklər, oval, yuvarlaq və ya damcı eynəklər.

Uyğun olmayan eynəklər:

Kəskin künclərə sahib qara çərçivələr, kiçik və dar çərçivələr, çərçivənin üzdən geniş olduğu eynəklər.

Düzbucaqlı üz

Geniş və iri eynəklər seçilə bilər. Şüşələrin dəri rənginizə uyğun və nazik olmasına diqqət edin.

Düzbucaqlı üzlər üçün uyğun eynəklər:

Geniş çərçivəli eynəklər, yuvarlaq çərçivəli eynəklər.

Uyğun olmayan eynəklər:

Dar çərçivələr, kiçik çərçivələr, parlaq rənglərə sahib çərçivəli eynəklər.

Ürək formalı üz

Üzünüzün genişliyi ilə bərabər eynəklər seçə bilərsiniz.

Ürək formalı üzlər üçün uyğun eynəklər:

Çərçivəsiz, dar körpülü kiçik çərçivələr, yuvarlaq çərçivəli, parlaq və ya neytral rəng eynəklər.

Uyğun olmayan:

Geniş və ağır çərçivələr, kəskin və iti xarici xətlərə sahib eynəklər, qaşları bağlayan, kəpənək və ya damla eynək, pişik gözü, parlaq rənglərə sahib çərçivəli eynəklər.



Üçbucaq üz forması

Üst qismi geniş eynəklər seçin. Alt qismi kvadrat, ya da kəskin xətlərə sahib olmayanları seçin.

Üçbucaq formalı üzlər üçün uyğun eynəklər:

Çərçivəsiz, parlaq rəngləri olmayan yuvarlaq eynəklər, havacı eynəyi, pişik gözü eynəkləri.

Uyğun olmayan eynəklər:

Kvadrat, ya da düzbucaqlı çərçivələr, dar və kiçik çərçivələr, alt qismi kvadrat, ya da iti xətlərə sahib eynəklər.


Bəs, taxdığımız bu eynəklər gözlərimizi həqiqətən də Günəşin zərərli şüasından qoruyurmu? Keyfiyyətli gün eynəyi necə olmalıdır və eynək seçərkən nəyə fikir vermək lazımdır?


Uzman cərrah oftalmoloq Mustafa Kılıçın sözlərinə görə, gün eynəyi alarkən əsas marka olmasına üstünlük verilməlidir: “Gün eynəyi seçərkən 3 şeyə diqqət etməliyik. Birincisi, marka olmalıdır. Təbii ki, söhbət orijinal markadan gedir. Satışda marka adıyla saxta eynəklər çoxdur. Gün eynəyi gözlərimizi ultrabənövşəyi şüalardan tam qorumalıdır. İkincisi, gün eynəkləri polaris olmalıdır. Üçüncüsü də, plastmas deyil, orqanik şüşə olması lazımdır. Ucuz və saxta gün eynəklər gözdə problem yarada bilər. Plastmas gün eynəkləri gözü qorumaq yerinə, əksinə ultra bənövşəyi şüaları gözümüzün ön və arxa hissəsinə ötürərək daha da çox ziyan verə bilər. Keyfiyyətsiz gün eynəklərindən istifadə zamanı görüntü keyfiyyəti də düşə bilər”.

Uşaqlara gəlincə, həkim onların 2-3 yaşdan sonra gün eynəyi taxa biləcəklərini deyir: “Lap körpə yaşında uşaqların gün eynəyi taxmasına ehtiyac yoxdur. Albinizm və anadangəlmə irsi çatışmazlıq xəstəliklərində gözlərdə piqment çatışmazlığı olduğundan uşaqlara 1 yaşından sonra gün eynəyi taxmağını tövsiyə edirik. Günəş şüalarının onlara ziyan verməməsi üçün daha kiçik yaşlarda gün eynəyi taxmalıdırlar. Normal uşaqlar isə 2-3 yaşdan sonra rahatlıqla gün eynəyi taxa bilər. Təbii ki, orijinal olmaq şərti ilə…”


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png