Bu rayonlarda şəhid övladları üçün yay düşərgəsi təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Astarada bu rayondan və Lerikdən olan Vətən müharibəsi şəhidlərinin övladları üçün “Əmanət“ adlı yay düşərgəsi təşkil olunub.

İştirakçılar əvvəlcə rayondakı bulvarı ziyarət edərək, buradakı istirahət məkanlarının birində yaradılmış geniş əyləncə imkanlarından istifadə ediblər. Daha sonra təqdim olunan müxtəlif musiqi nömrələri, restoranda yemək və digər əyləncələr uşaqların ürəyincə olub. Şəhid ailələrinin övladlarının asudə vaxtının səmərəli təşkili məqsədi daşıyan düşərgədə 40-a yaxın şəhid uşağı iştirak edib.

Qeyd edək ki, “Əmanət“ yay düşərgəsi Lənkəran, Cəlilabad, Masallı və sonuncu olaraq Astara rayonunda təşkil edilib.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png