Adolf Hitlerə məxsus qol saatı hərraca çıxarılıb

Nasizm ideologiyasının banisi Adolf Hitlerə məxsus qol saatı ABŞ-da keçirilən hərracda 1,1 milyon dollara satılıb.

Saat ABŞ-ın Merilend ştatındakı Çesapik şəhərindəki “Alexander Historic Auction House”da satışa çıxarılıb. Qızıl saatın korpusunda qartal, svastika və alman nasist liderinin inisialları var.

Hərrac evinin məlumatına görə, fransız əsgərləri bu saatı 1945-ci ildə Hitlerin Bavariya Alplarında yerləşən Berqofdakı evindən “xatirə” kimi alıblar.

Hələ hərrac başlamamışdan əvvəl təşkilatçılar sərt tənqidlərə məruz qalıb. 34 yəhudi liderinin açıq məktubunda saatın satışını "iyrənc" adlandırıb və nasist əşyalarının hərracdan çıxarılması tələb olunub.

Daha əvvəl çoxlu sayda nasist əşyalarını satışa çıxaran hərrac evi tarixi qorumağı hədəflədiyini açıqlayıb.

Assosiasiyanın rəhbəri, ravvin Menahem Marqolinin açıqlamasına görə, nasizmin mirası muzeylərə aiddir, hərraca deyil. Holokostun təşkilatçısına məxsus əşyaların satışı isə, hərrac evi sahibinin iddialarının əksinə olaraq, nasist dövrünün dəhşətlərinin öyrənilməsinə heç bir töhfə vermir.

Qeyd edək ki, Hitlerin Münhendəki evindən tapılan “Mein Kampf” kitabının bir nüsxəsi ötən il “Alexander Historical Auction House”da 20 min 655 dollara satılıb.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png