Əllərin vaxtından əvvəl qırışmasının qarşısını necə alaq?

Həddindən artıq siqaret çəkmək, günəş şüalarına məruz qalmaq, yaş və genetik faktorlar əl dərisinin qırışmasına səbəb olur. Səbəbdən asılı olmayaraq əlləri elə görmək heç də xoş təəssürat bağışlamır.

Əlləri nə ilə yuyub, necə quruda bilərik?
Başlayaq əl sabunundan. Hər gün istifadə etdiyimiz gigiyenik məhsullar dərinin yıpranmasına səbəb ola bilər. Zərurət olmadıqca antibakterial sabundan istifadə etməyin. Ətirlərdən çəkinin: onlar dərinizi qurudur və qıcıqlanmaya səbəb olur. Tərkibində jojoba, zeytun yağı və ya aloe vera olan nəmləndirici sabunlara üstünlüklər verməyə çalışın. Dərinin təbii qoruyucu təbəqəsini saxlamaq üçün əlləri qaynar su ilə deyil, ilıq su ilə yuyun. Əlləri elektrikli qurutma maşınları ilə deyil, kağız dəsmallarla silməyə çalışın.
Əlcək mütləq taxılmalıdır
Əlləri soyuq hava, kimyəvi maddələr kimi xarici faktorlardan qorumaq lazımdır. Zərərləri minimuma endirmək üçün həmişə əlcək taxmağa çalışın. Soyuq havada dəri və xəz əlcəkləri seçin. Ev işləri görərkən isə rezin və ya lateks olanları seçə bilərsiniz.
Əl kremini unutmayaq.
Yaxşı bir əl kremi sabun və ya şampun qədər vacibdir. Kremi gündə ən azı iki dəfə (səhər və axşam) çəkin.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png