"Bir səhvin qurbanı" adlı kitabın təqdimatı olub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Ağaxan Abdullayev adına Mədəniyyət Mərkəzində Vüqar Türkanlı və Rəna Vüqarlının “Bir səhvin qurbanı” adlı kitabının təqdimatı keçirilib. Tədbir “Qonağımız var” layihəsi çərçivəsində təşkil edilib.

İdarədən bildirilib ki, tədbirdə çıxış edənlər kitabla bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, bəzən düşünülmədən atılan addımların, səhvlərin qurbanı övladlar olur. “Bir səhvin qurbanı” kitabı narkoman atanın keçdiyi keşməkeşli həyat hekayəsindən bəhs edir.

Tədbirin bədii hissəsində Akademik Opera və Balet Teatrının solistləri və qəzəlxanlar çıxış ediblər. Konsert proqramı Mərkəzin rəqs ansamblının “Azərbaycan” rəqsi ilə sona çatıb.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png