Nobel Mükafatı alan ilk Türk yazıçı

Dünya şöhrətli türkiyəli yazıçı Orxan Pamukun 70 yaşı tamam olub.

Orxan Pamuk haqda 7 faktı təqdim edirik.

- Yazıçı türk dünyasının ədəbiyyat nümayəndələri arasında Nobel mükafatına layiq görülmüş ilk və yeganə şəxsdir.

- 2006-cı ildə “Taym” jurnalının keçirdiyi sorğuda Orxan Pamuk dünyanın 100 ən görkəmli şəxsiyyəti sırasına daxil olub.

- Yazıçının Şərq və Qərb ruhunu özündə əks etdirən XVI əsr İstanbulunun bitib-tükənməz sirlərindən söz açan “Mənim adım qırmızı” romanına görə o, dünya ədəbiyyatının tanınan simalarından birinə çevrilib. Əsər bir il ərzində 24 dilə tərcümə olunub.

- Orxan Pamuk Azərbaycan Yazıçılarının XI Qurultayında (2004-cü il) iştirak edib və AYB-nin fəxri üzvü seçilib. O günü xatırlayan yazıçı belə deyir:

“Zala daxil olanda 300-400 nəfər var və hamısı şair, yazıçı idi. Maraqlıdır ki, 2004-cü ildə yazıçılarınız məni “Nobel alacaq ilk türk” deyə təqdim edib, alqışladılar. O zamanlar hələ “Nobel” alacağıma dair güclü ehtimal yox idi. Mən iki il sonra o alqışların haqqını verdim”.

- 2003-cü ildə çap olunan “İstanbul: xatirələr və şəhər” romanı onun 23 yaşına kimi həyatı barədə yazdığı xatirə kitabıdır.

- Orxan Pamuk 2012-ci ildə “Məsumiyyət muzeyi” adlı romanının sonluğundan ilhamlanaraq muzey açır. Məkan 2014-cü ildə Avropa Muzeylər Fondu tərəfindən Avropanın ən mükəmməl muzeyi olaraq seçilir.

- Sənət həyatına rəsm çəkməklə başlasa da, 22 yaşından sonra yazıçı olmağa qərar verir.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png