Təqdim olunan model qanunun məqsədi Ümumdünya Antidopinq Agentliyinin tələblərinə uyğun olaraq idmanda dopinq istifadəsinə qarşı mübarizə və MDB-yə üzv dövlətlərinin milli antidopinq təşkilatlarının fəaliyyətinə yardımın təmin edilməsi üçün hüquqi əsasların yaradılmasıdır.
Sənəddə dopinq preparatlarının istifadəsinə qarşı mübarizə metodları, milli antidopinq təşkilatlarının səlahiyyətləri, cinayətlər və idmanda dopinqlə mübarizə sahəsində qanuni məsuliyyət müəyyənləşdirilib.
Assambleyanın qəbul etdiyi model qanunlar MDB ölkələrinə yerli qanunvericilik üçün model kimi təklif olunur.