Qurban Qurbanov UEFA-ya müraciət etdi

Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda bir dəqiqəlik sükut ola bilər.

Bu barədə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis Azərbaycan-Ermənistan sərhəddində dünyasını dəyişən şəhidlərə görə matçın sükutla başlaması üçün klub tərəfindən UEFA-ya müraciət olunduğunu söyləyib:

"Nə qərar verəcəklərini sabah bizə bildirəcəklər".

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png