Şahmatçılarımız son turda mübarizə aparacaqlar

Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatında bu gün son turun oyunları keçiriləcək.

Turnir cədvəlində ikinci sırada qərarlaşan şahmatçımız Günay Məmmədzadə 11-ci turda polşalı Aleksandra Maltsevskaya ilə mübarizə aparacaq. Yeddi xalla 6-7-ci pillələri bölüşən Azərbaycan millisinin üzvləri Gülnar Məmmədova komanda yoldaşı Ülviyyə Fətəliyeva ilə üz-üzə gələcək. Gövhər Beydullayeva (6,5 xal) Gürcüstan təmsilçisi Nana Dzagnidze ilə qarşılaşacaq.

Üç təmsilçimiz Xanım Balacayeva (6 xal), Ləman Hacıyeva (6 xal), Səbinə İbrahimova Polşa idmançıları ilə mübarizə aparacaqlar. X.Balacayeva (6 xal) Alicja Slivicka, L.Hacıyeva (6 xal) Jolanta Zavadzka, S.İbrahimova (5 xal) Michalina Rudzinska ilə güclərini sınayacaqlar.

Ötən turlardan sonra Günay Məmmədzadə 7,5 xalla 2-ci pillədəki mövqeyini qoruyub. Onu son tur öncəsi lider Monika Soçkodan cəmi 0,5 xal ayırır. Gülnar Məmmədova 7 xalla 6-cı, Gövhər Beydullayeva 6,5 xalla 10-cu, Ləman Hacıyeva 6 xalla 23-cü, Xanım Balacayeva 6 xalla 31-ci və Səbinə İbrahimova 5 xalla 66-dır.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png