Məşhur futbolçu "Qarabağ"ın oyununda ekspert olacaq

Futbol üzrə Almaniya millisi ilə dünya və Avropa çempionu olmuş Lotar Matteus "Qarabağ"ın oyununda ekspert kimi çalışacaq.

61 yaşlı mütəxəssis Almaniyanın RTL telekanalının aparıcısı Laura Papendikin təqdimatında dünya çempionu Karl-Haynts Ridle ilə bərabər ekspert kimi çıxış edəcək.

RTL Almaniyada UEFA Avropa Liqası və Konfrans Liqasının oyunlarının teleyayım hüquqlarını satın alıb. Telekanalın ilk yayımı sentyabrın 8-də keçiriləcək "Frayburq" – "Qarabağ" oyunu olacaq.

Bundan başqa, Matteus "Sky" telekanalının Köln bölməsi üçün növbəti 2 il müddətində Almaniya millisinin oyunları zamanı ekspert kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, "Qarabağ" sentyabrın 8-də Almaniyada "Frayburq"un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Lotar Matteus Almaniya millisi ilə 1980-ci ildə Avropa, 1990-cı ildə dünya çempionu olub. Yığmada 150 oyun keçirmiş müdafiəçi bu göstəricidə rekordçu sayılır.


ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png