Hazırda "kral klubu"nun ikinci komandası olan "Kastilya"ya başçılıq edən veteran hücumçu karantinə alınıb.
44 yaşlı mütəxəssisin xəstəliyi simptomsuz keçirdiyi bildirilib. O, Sequnda B-də "Xetafe"nin əvəzedici komandası ilə oyun zamanı texniki zonada yer almayacaq.
Qeyd edək ki, 1994-2010-cu illərdə "Real Madrid"in formasını geyinmiş əfsanəvi forvard 550 oyunda 228 qol vurub. İspaniya yığmasında 102 matç keçirmiş keçmiş hücumçu 44 dəfə fərqlənib.