Elə bu məqsədlə Niderland Krallığının Haaqa şəhərində yerləşən Azərbaycan Hollanda Türk Kültür dərnəyi may ayının 20-dən etibarən yeni yardım kampaniyasına başlamışdır.
Dərnək başqanı İlhan Aşqının verdiyi məlumata görə, kampaniya oktyabır ayının sonuna qədər davam edəcək və burada məqsəd 90-a qədər müharibə əlilini pulsuz elektrik əlil arabası ilə təmin etməkdir. Buna görə də, xaricdə yaşayan bütün insanlarımızı kampaniyada iştirak etməyə, bu müqəddəs işə imkanları daxilində yardımçı olmağa çağırırıq. Unutmayaq ki, o şanlı qələbəni Azərbaycanın tarixinə qızıl hərflərlə yazan, üçrəngli bayrağımızı Qarabağın hər yerində dalğalandıran məhz həmin yardım edəcəyimiz insanlardır. Bu müqəddəs işdə hər kəsə uğurlar arzulayırıq.
Allah bütün Türk dünyasını qorusun!