“QÜRBƏTDƏN QARABAĞA” – QAZİLƏRİMİZƏ AVROPADAN YARDIM KAMPANİYASI

“QÜRBƏTDƏN QARABAĞA” – QAZİLƏRİMİZƏ AVROPADAN YARDIM KAMPANİYASI 44 günlük Vətən müharibəsi bizə uzun illər gözlədiyimiz qələbə sevincini yaşatsa da ağrı-acısız da ötüşmədi. Minlərlə valideyin övladsız, körpələr atasız-anasız, qadınlar ömür-gün yoldaşısız qaldı. Minlərlə igidlərimiz yaralanaraq müxtəlif əlillik dərəcəsi aldı. Şanlı ordumuzun bu parlaq qələbəsi xalqımızın yaddaşında əbədi olaraq qalacaqdır. Şəhidlərin və qazilərimizin ailələrinə, övladlarına qayğı göstərmək, həmişə onlara yardım etmək hər bir vətəndaşımızın borcudur. Bu mənada Vətənin bir parçası olan xaricdə yaşayan azərbaycanlılar da şəhid və qazilərimizin ağrı-acılarını paylaşmağı özlərinə borc bilir, mümkün qədər onlara dəstək olmağa çalışırlar.

Elə bu məqsədlə Niderland Krallığının Haaqa şəhərində yerləşən Azərbaycan Hollanda Türk Kültür dərnəyi may ayının 20-dən etibarən yeni yardım kampaniyasına başlamışdır.

Dərnək başqanı İlhan Aşqının verdiyi məlumata görə, kampaniya oktyabır ayının sonuna qədər davam edəcək və burada məqsəd 90-a qədər müharibə əlilini pulsuz elektrik əlil arabası ilə təmin etməkdir. Buna  görə də, xaricdə yaşayan bütün insanlarımızı kampaniyada iştirak etməyə, bu müqəddəs işə imkanları daxilində yardımçı olmağa çağırırıq. Unutmayaq ki, o şanlı qələbəni Azərbaycanın tarixinə qızıl hərflərlə yazan, üçrəngli bayrağımızı Qarabağın hər yerində dalğalandıran məhz həmin yardım edəcəyimiz insanlardır. Bu müqəddəs işdə hər kəsə uğurlar arzulayırıq.

Allah bütün Türk dünyasını qorusun!

Geri qayıt