Gəncədə şəhidlərin xatirəsi anıldı

Gəncədə şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri Novruz bayramı öncəsi şəhidlərin əziz xatirəsini yad ediblər.
Mərasimdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Kəpəz və Nizami rayon icra hakimiyyətlərinin başçıları, bələdiyyə sədrləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, millət vəkilləri, din xadimləri, ziyalılar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Niyazi Bayramov Şəhidlər Xiyabanında ucaldılan əbədi məşəl abidəsinin önünə əklil qoyub, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın xatirəsinə öz ehtiramını ifadə edib.
Daha sonra digər mərasim iştirakçıları da abidəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Şəhid məzarları ziyarət olunub, onların ruhuna dualar oxunub.
Bununla yanaşı, şəhər rəhbərinin tapşırığına əsasən, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları şəhid ailələrini ziyarət edib, onlara Novruz Bayramı münasibətilə təbriklərini çatdırıblar.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png