Şəhid feldşerin 3-cü övladı dünyaya gəldi

Vətən müharibəsində şəhid olan Azərbaycanın Silahlı Qüvvələriin Hərbi Hospitalın tibb işçisi Eldar Abdullayevin övladı dünyaya gəlib.
Asya və Aysu adlı 2 qızı olan E.Abdullayevin 3-cü qız övladı dünən axşam dünyaya göz açıb. Körpə Sumqayıt şəhərində dünyaya gəlib, çəkisi 3 kilo 135 qramdır. Şəhidin həyat yoldaşı Fahimə Abdullayeva bildirib ki, Ahu Abdullayevanın bütün tibbi xərclərini YAŞAT Fondu üzərinə götürüb.
Qeyd edək ki, şəhid feldşer döyüşə gedəndə həyat yoldaşı Fahimə Abdullayevaya, “sən məni cənnəti sağlığında qazanan ata etdin. Qızım dünyaya gələndə adını “Ahu”qoyarıq", deyibmiş.

ONN TV

image_printÇap Et
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png