“Dəyərli dostlar, əziz Yeni Azərbaycan Partiyasının üzvləri!
Bildiyimiz kimi dünyanı bürüyən COVID-19 pandemiyası öz zərərli təsirlərini yaymaqda davam edir. Bir neçə gündür məşhur “91-lər”dən və YAP-ın ən fəal yaradıcılarından biri, filologiya elmləri doktoru, professor, cavidşunas alim, tarixçi Əjdər Tağı oğlu İsmayılov da bu xəstəlikdən əziyyət çəkir. Tanrıdan Əjdər müəllimə şəfa, möhkəm can sağlığı arzulayıram və inanıram ki, o hələ uzun illər “Turan Araşdırma Mərkəzi” ictimai birliyinə rəhbərlik edərək, türk xalqlarının zəngin mədəniyyətinin və qədim tarixinin təbliğ edilməsinə, eyni zamanda onlar arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə öz töhvəsini verəcəkdir.”